Ukraynada yol-nəqliyyat qəzası olub: 5 nəfər ölüb, 12 nəfər yaralanıb

Ukraynada yol-nəqliyyat qəzası olub: 5 nəfər ölüb, 12 nəfər yaralanıb Bakı. 20 iyul. REPORT.AZ/ Ukraynanın Nikolayevsk vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.
Region
20 İyul , 2018 10:05
Ukraynada yol-nəqliyyat qəzası olub: 5 nəfər ölüb, 12 nəfər yaralanıb
0 : 00
0 : 00

Bakı. 20 iyul. REPORT.AZ/ Ukraynanın Nikolayevsk vilayətində yol-nəqliyyat hadisəsi nəticəsində 5 nəfər ölüb, 12 nəfər yaralanıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.

Bildirilib ki, hadisə Kiyev-Odessa avtomobil yolunda baş verib. Belarus dövlət nömrə nişanlı “Volkswagen” yolun sağ hissəsində dayanmış nasaz yük avtomobilinə çarpılıb. Qəza nəticəsində mikroavtobusun sürücüsü və 4 sərnişin ölüb. Yaralılar isə xəstəxanaya yerləşdiriliblər.

Qəzanın səbəbi araşdırılır. 

Son xəbərlər

Orphus sistemi