Ukraynada yanan hərbi anbarlarda 88 min tona yaxın sursat var

Ukraynada yanan hərbi anbarlarda 88 min tona yaxın sursat var Bakı. 9 oktyabr. REPORT.AZ/ Ukraynanın Çerniqov vilayətində yanan hərbi anbarlarda, təxminən, 88 min ton sursat var.
Region
9 Oktyabr , 2018 11:33
Ukraynada yanan hərbi anbarlarda 88 min tona yaxın sursat var
informator.ua
0 : 00
0 : 00

Bakı. 9 oktyabr. REPORT.AZ/ Ukraynanın Çerniqov vilayətində yanan hərbi anbarlarda, təxminən, 88 min ton sursat var.

"Report" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidmətindən bildiriıib.

"Anbar ərazisində yanğın və müxtəlif intensivlikdə partlayışlar müşahidə olunur... Anbarlarda, təxminən, 88 min ton hərbi sursat var", - qurumun məlumatında deyilir.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının məlumatına görə, Çerniqov vilayətinin İçnya şəhəri yaxınlığında yerləşən hərbi anbarlarda partlayışın intensivliyi saniyədə 2-3 dəfədir.

Hələlik xəsarət alan və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Xatırladaq ki, dünən gecə Ukraynanın Çeniqov vilayətində hərbi anbarda partlayış baş verib. Səlahiyyətli şəxslər indi təxliyyə prosesinə başlayıblar.

Son xəbərlər

Orphus sistemi