Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb

Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb Rusiya hərbçilərinin Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
Region
28 İyun , 2022 03:44
Ukraynada ticarət mərkəzinə raket hücumu nəticəsində ölənlərin sayı artıb

Rusiya hərbçilərinin Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.

“Report”un məlumatına görə, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmət xəbər yayıb.

Hazırda hücum zamanı 59 nəfərin xəsarət alması məlumdur. Onlardan 25-i xəstəxanaya yerləşdirilib, 1 nəfər xəstəxanada dünyasını dəyişib.

Xilasedicilər dağıntılar altından 11 nəfərin meyitini çıxarıblar. Ölən və yaralananlarla bağlı məlumat dəqiqləşdirilir.

Son xəbərlər

Orphus sistemi