Ukraynada koronavirusa yoluxanların sayı 11 mini ötdü

Ukraynada koronavirusa yoluxanların sayı 11 mini ötdü Ukraynada daha 550 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 11 411-ə çatıb.
Region
2 may 2020 06:24
Ukraynada koronavirusa yoluxanların sayı 11 mini ötdü

Ukraynada daha 550 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 11 411-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 7 nəfər artaraq 279 nəfərə yüksəlib.

İndiyədək Ukraynada 1 498 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırdavirus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 401 000-i ötüb. Bunların 1 083 816 nəfəri sağalıb, 239 615 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi