Ukraynada şəhər rəhbərliyi nümayəndəsinin evi partladılıb

Ukraynada şəhər rəhbərliyi nümayəndəsinin evi partladılıb Ukraynanın Xerson şəhər şurasının katibi Qalina Luqovoyun yaşadığı ev naməlum şəxslər tərəfindən partladılıb.
Region
14 Mart , 2022 15:12
Ukraynada şəhər rəhbərliyi nümayəndəsinin evi partladılıb

Ukraynanın Xerson şəhər şurasının katibi Qalina Luqovoyun yaşadığı ev naməlum şəxslər tərəfindən partladılıb.

“Report” "Ukrayna TV"yə istinadən xəbər verir ki, bu barədə Qalina Luqovoy məlumat verib.

O, iki nəfəri evinin kənarında gördüyünü və onların evin pəncərəsindən içəri ağır nə isə atdıqlarını jurnalistlərə söyləyib: “Bundan sonra evdə partlayış oldu. Mən evsiz qalmışam. Fikrimcə, mən fiziki cəhətdən məhv ediləcəklər siyahısındayam”.

Bildirilib ki, bu məmur Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarını dəstəkləmir. Xerson isə rusiyalı hərbçilərin nəzarəti altındadır.

Son xəbərlər

Orphus sistemi