Bakı. 7 mart. REPORT.AZ/ Martın 31-də Ukraynada keçiriləcək prezident seçkilərində namizəd kimi iştirak edəcək Volodimir Zelenski barəsində cinayət işi başlanıb.
“Report” xəbər verir ki, o, bu barədə özünün “Facebook”dakı səhifəsində yazıb.
V.Zelenski “Studiya Kvartal 95” şirkəti ilə bağlı çirkli pulların yuyulmasında ittiham olunduğunu bildirib.
O həmçinin xüsusi adamlar tərəfindən qondarma “Luqansk Respublikası”nda onun seçki lövhələrini quraşdırmaq üçün kanallar axtarışı aparıldığını qeyd edib. Prezidentliyə namizəd həmçinin 2002-ci ildə guya Çernihiv vilayətində maşınla adam vurduğu üçün də barəsində cinayət işi açılacağını istisna etməyib.
Digər tərəfdən, Ukrayna
Qeyd edək ki, “Reytinq” rəy qrupu tərəfindən keçirilən sorğunun iştirakçılarının 25 faizi seçkilərdə V.Zelenskiyə səs verəcəklərini bildiriblər.