Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası katibinin keçmiş müavini Oleq Qladkovski ölkədən qaçmaq istəyərkən tutulub.
“Report” UNİAN-a istinadən xəbər verir ki, keçmiş məmuru Ukrayna Milli Antikorrupsiya Bürosunun əməkdaşları saxlayıb.
Qeyd edək ki, O.Qladkovski Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun ən yaxın adamlarından biri olub.