Ukraynada pandemiya qurbanlarının sayı 425-ə çatdı

Ukraynada pandemiya qurbanlarının sayı 425-ə çatdı Ukraynada daha 375 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 16 023-ə çatıb.
Region
12 May , 2020 10:23
Ukraynada pandemiya qurbanlarının sayı 425-ə çatdı
0 : 00
0 : 00

Ukraynada daha 375 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 1023-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 17 nəfər artaraq 425-ə yüksəlib.

İndiyədək Ukraynada 3 373 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,2 milyonu ötüb. Bunların 1,5 milyon nəfərdən çoxu sağalıb, 287 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi