Ukraynada öldürülən Rusiya ordusunun generallarının adları məlum olub

Ukraynada öldürülən Rusiya ordusunun generallarının adları məlum olub Ukrayna Silahlı Qüvvələri ölkə ərazisində öldürülən Rusiya ordusunun generallarının siyahısını dərc edib.
Region
19 Mart , 2022 21:05
Ukraynada öldürülən Rusiya ordusunun generallarının adları məlum olub

Ukrayna Silahlı Qüvvələri ölkə ərazisində öldürülən Rusiya ordusunun generallarının siyahısını dərc edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanlığı İdarəsinin Strateji Kommunikasiyalar Departamenti məlumat yayıb.

Qeyd olunub ki, müharibənin üç həftəsi ərzində ukraynalı əsgərlər azı altı general daxil olmaqla Rusiya ordusunun 10-dan çox yüksək səviyyəli zabitini öldürüblər.

Siyahıya əsasən Milli Qvardiyanın 141-ci motoatıcı alayının komandiri general-mayor Maqomed Tuşayev, general-mayor Vitali Gerasimov (Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu Komandanının birinci müavini), general-mayor Andrey Kolesnikov (Şərq Hərbi Dairəsinin 29-cu Ordusunun komandanı), general-mayor Andrey Suxoveçskiy ( Mərkəzi Hərbi Dairənin 41-ci Ordusu komandanının müavini), general-mayor Oleq Mityaev (150-ci motoatıcı diviziyasının komandiri), general-leytenant Andrey Mordviçev (Cənub Hərbi Dairəsinin 8-ci Qvardiya Birləşmiş Silahlı Qüvvələrinin komandanı) zərərsizləşdirilib.

“Əlbəttə, heç kim Rusiyada federal səviyyədə generalların itkilərindən danışmır. Rusiyada “Ukraynada xüsusi əməliyyat”ın rəsmi rəhbərinin adı hələ açıqlanmayıb”, - Ukrayna Silahlı Qüvvələri əlavə edib.

Son xəbərlər

Orphus sistemi