Ukraynada növbədənkənar parlament seçkiləri start götürüb

Ukraynada növbədənkənar parlament seçkiləri start götürüb İyulun 21-də Ukrayna Ali Radasına deputat seçkilərinə start verilib.
Region
21 İyul , 2019 09:54
Ukraynada növbədənkənar parlament seçkiləri start götürüb

İyulun 21-də Ukrayna Ali Radasına deputat seçkilərinə start verilib.

“Report”un məlumatına görə, seçki məntəqələri yerli vaxtla 08:00-da (Bakı vaxtı ilə 09:00-da) açılıb və axşam saat 21:00-dək davam edəcək.

Seçkilər ölkənin 199 dairəsində majoritar-proporsional sistem üzrə keçirilir.

Bu sistem üzrə seçkilər sonuncu dəfə olacaq. Yeni Seçki Məcəlləsinə görə, Radaya növbəti seçkilər açıq partiya siyahıları üzrə keçiriləcək.

Seçkilərdə 24 partiya və 3220 namizəd iştirak edir və 34 milyon seçici qeydiyyata alınıb.

Son xəbərlər

Orphus sistemi