Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlanıb

Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlanıb Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 380 uşaq həlak olub. Eyni zamanda 737 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb
Region
3 sentyabr 2022 06:08
Ukraynada müharibə zamanı həlak olan uşaqların sayı açıqlanıb

Rusiyanın Ukraynaya qarşı müharibəsi nəticəsində 380 uşaq həlak olub. Eyni zamanda 737 uşaq müxtəlif dərəcəli xəsarətlər alıb.

Bu barədə “Report” Ukrayna Baş Prokurorluğun teleqramdakı paylaşımına istinadən xəbər verir.

Müharibə zamanı ən çox Donetsk vilayəti (388 uşaq), Xarkov (204 uşaq), Kiyev (116 uşaq), Çerniqov (68 uşaq), Nikolayev (67 uşaq), Luqansk (61 azyaşlı), Xerson (55 uşaq) və Zaporojyedə (45 uşaq) zərər çəkib.

Beləliklə, Rusiyanın hərbi təcavüzü nəticəsində zərər çəkən uşaqların sayı 1 117-yə yüksəlib.

Son xəbərlər

Orphus sistemi