​Ukraynada məcburi köçkünlərin sayı çoxalıb

​Ukraynada məcburi köçkünlərin sayı çoxalıb BMT-nin məlumatına görə, onların çoxu təqaüdçüdür
Region
23 Fevral , 2015 15:04
​Ukraynada məcburi köçkünlərin sayı çoxalıb

Bakı. 23 fevral. REPORT.AZ/ Ötən həftə Ukraynada 35 min məcburi köçkün qeydə alınıb.

"Report" "Unn.ua"ya istinadən xəbər verir ki, bu haqda hesabat BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının saytında yerləşdirilib.

Sənəddə bildirilib ki, Ukrayna üzrə məcburi köçkünlərin sayı 1 0 42 100 nəfərdir.

Hesabata əsasən, onların 367,5 min nəfəri Donetsk vilayətindən, 129,5 mini isə Luqanskdan olan məcburi köçkünlərdir. Xarkovdan 136,89 min, Dnepropetrovskdan 75,2 min, Kiyev şəhərindən 76,8 min, Kiyev vilayətindən isə 33,8 min və s. məcburi köçkün qeydə alınıb.

BMT-nin məlumatına görə, məcburi köçkünlərin çoxu təqaüdçülərdir.

Xəbərdə bildirlib ki, 268,3 min ukraynalı sığınacaq axtarır, 406 min nəfər başqa dövlətlərə getmək üçün yollar axtarır. 

Son xəbərlər

Orphus sistemi