Ukraynada daha 463 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma hallarının sayı 27 462-ə çatıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 9 nəfər artaraq 797-yə yüksəlib.
Ukraynada indiyədək 12 195 nəfər COVID-19-dan sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 7 milyonu ötüb. Bunların 3,4 milyon nəfərdən çoxu sağalıb, 406 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.