Ukraynada koronavirusdan ölənlərin sayı 327-yə yüksəldi

Ukraynada koronavirusdan ölənlərin sayı 327-yə yüksəldi Ukraynada daha 487 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 13 184-ə çatıb.
Region
6 May , 2020 10:30
Ukraynada koronavirusdan ölənlərin sayı 327-yə yüksəldi

Ukraynada daha 487 nəfərdə koronavirus aşkarlanıb və bununla da ölkədə yoluxma faktlarının sayı 13 184-ə çatıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Bundan başqa, Şərqi Avropa ölkəsində virusdan ölənlərin sayı daha 11 nəfər artaraq 327 nəfərə yüksəlib.

İndiyədək Ukraynada 2 097 nəfər koronavirusdan sağalıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib

Son xəbərlər

Orphus sistemi