Ukraynada koronavirusa yoluxanların sayı 61 minə çatır

Ukraynada koronavirusa yoluxanların sayı 61 minə çatır Ukraynada daha 829 nəfərdə COVID-19 aşkarlanıb
Region
22 İyul , 2020 10:22
Ukraynada koronavirusa yoluxanların sayı 61 minə çatır

Ukraynada daha 829 nəfərdə COVID-19 aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Milli Təhlükəsizlik və Müdafiə Şurası açıqalayıb.

Məlumata görə, ötən gün 973 nəfər virusdan sağalıb, 16 nəfər isə ölüb.

İndiyə qədər Şərqi Avropa ölkəsində 60 995 yoluxma faktı qeydə alınıb. Onlardan 33 172 nəfər sağalıb, 1 534 nəfər isə ölüb.

Hazırda ölkədə 26 449 aktiv koronavirus xəstəsi var.

Son xəbərlər

Orphus sistemi