Ukraynada koronavirusa yoluxanların sayı 800-ü ötdü

Ukraynada koronavirusa yoluxanların sayı 800-ü ötdü Ukraynada son bir gündə daha 135 nəfər koronavirusa yoluxub.
Region
2 Aprel , 2020 12:28
Ukraynada koronavirusa yoluxanların sayı 800-ü ötdü
UNIAN

Ukraynada son bir gündə daha 135 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

“Aprelin 2-si saat 10:00-a olan vəziyyətə görə, Ukraynada COVID-19-a 804 yoluxma halı laborator təsdiqini tapıb. Bunlardan 20-si ölümlə nəticələnib, 13 nəfər isə sağalıb”, - nazirliyin “Facebook” səhifəsində bildirilib.

Nazirliyin məlumatına görə, yoluxmaların çoxu paytaxt Kiyevdədir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 203 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 938 348-i ötüb. Bunların 195 371 nəfəri sağalıb, 47 286 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi