Ukraynada koronavirusa yoluxanların sayı 2 000-ə çatır

Ukraynada koronavirusa yoluxanların sayı 2 000-ə çatır Ukraynada son sutkada 224 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.
Region
9 Aprel , 2020 11:21
Ukraynada koronavirusa yoluxanların sayı 2 000-ə çatır

Ukraynada son sutkada 224 nəfərdə koronavirus infeksiyası aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Beləliklə, Şərqi Avropa ölkəsində qeydə alınmış koronavirusa yoluxma faktlarının sayı 1892-yə çatıb. İndiyədək ölənlərin sayı 57, sağalanların sayı isə 45 nəfərdir.

Bildirilir ki, ölkədə yoluxma faktlarının ən böyük qismi qərbdə yerləşən Çernivtsi vilayətində qeydə alınıb – 302.

Qeyd edək ki, Ukraynada ötən gün yoluxma hallarının 1 668 olduğu açıqlanmışdı.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 209 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 519 000-i ötüb. Bunların 331 011 nəfəri sağalıb, 88 550 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi