Ukraynada koronavirusa yoluxanların sayı 117 minə yaxınlaşır

Ukraynada koronavirusa yoluxanların sayı 117 minə yaxınlaşır Ukraynada daha 2 481 nəfərə COVID-19 diaqnozu qoyulub.
Region
29 Avqust , 2020 10:12
Ukraynada koronavirusa yoluxanların sayı 117 minə yaxınlaşır

Ukraynada daha 2 481 nəfərə COVID-19 diaqnozu qoyulub.

“Report” xəbər verir ki, bu barədə məlumatı Milli Təhlükəsizlik və Müdafiə Şurası verib.

Məlumata görə, eyni dövr ərzində 41 nəfər pandemiyanın qurbanı olub. Bildirilib ki, son 24 saatda ölkədə rekord sayda virusdan sağalma qeydə alınıb – 1 055.

Beləliklə, Şərqi Avropa ölkəsində indiyədək 116 978 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 2 481 nəfər ölüb, 56 138 nəfər isə sağalıb.

Son xəbərlər

Orphus sistemi