Ukraynada kafe yaxınlığında qumbara partlayıb, 16 nəfər yaralanıb

Ukraynada kafe yaxınlığında qumbara partlayıb, 16 nəfər yaralanıb Polis hadisə yerində qumbara pimi və 19 metal parçası aşkar edib
Region
3 Aprel , 2017 16:01
Ukraynada kafe yaxınlığında qumbara partlayıb, 16 nəfər yaralanıb
Courtesy İmage

Bakı. 3 aprel. REPORT.AZ/ Ukraynanın Dnepropetrovsk vilayətində kafe yaxınlığında qumbara partlaması nəticəsində 16 nəfər yaralanıb. 

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin vilayət idarəsindən bildirilib.

Partlayış ötən gecə Novomoskovsk rayonunun Znamenovka kəndindəki mərkəzi yolda yerləşən kafenin yaxınlığında baş verib.

Polis hadisə yerində qumbara pimi və böyük ehtimalla qumbaranın qəlpələri olan 19 metal parçası, eləcə də qara rəngli gödəkçə aşkar edərək götürüb.

İlkin məlumatlara görə, qumbaranı Dnepropetrovsk vilayətinin Podqorodneye şəhərinin əvvəllər məhkum olunmuş 25 yaşlı sakini atıb. İstintaq həmin şəxsin həmin axşam kafedə istirahət etdiyini, hadisə zamanı isə alkoqolun təsiri altında sərxoş vəziyyətdə olduğunu müəyyənləşdirib.

Son xəbərlər

Orphus sistemi