Ukraynada iş adamını qarət edən üç Gürcüstan vətəndaşı saxlanılıb - FOTO

Ukraynada iş adamını qarət edən üç Gürcüstan vətəndaşı saxlanılıb - FOTO Ukraynanın paytaxtı Kiyevdə üç Gürcüstan vətəndaşı saxlanılıb.
Region
19 Avqust , 2019 19:57
Ukraynada iş adamını qarət edən üç Gürcüstan vətəndaşı saxlanılıb - FOTO

Ukraynanın paytaxtı Kiyevdə üç Gürcüstan vətəndaşı saxlanılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə Ukraynanın Milli Polis İdarəsi məlumat yayıb.

Saxlanılan şəxslər sahibkarı qarət etməkdə təqsirli bilinirlər.

Maskalı əcnəbilər Borispol rayonunda yerləşən evlərdən birinə daxil olublar. Onlar evin sahibinə və həyat yoldaşına hücum edərək əl-qollarını bağlayıblar. Soyğunçular qiymətli zinət əşyaları, külli miqdarda pul və “Lexus” markalı avtomobili oğurlayıblar. Həmin maşında oğrular naməlum istiqamətdə hadisə yerindən uzaqlaşıblar.

Polislər 33, 41 və 43 yaşlı Gürcüstan vətəndaşlarını Kiyev-Borispol trasında - hava limanına aparan yolda saxlayıblar. Onlar oğurladıqları pul və zinət əşyalarının olduğu çemodanla Ukraynadan Gürcüstana təyyarə ilə yollanmağa hazırlaşırdılar.

Əcnəbilərin Ukraynada yaşayış icazəsinin olduğu müəyyən olunub. Onların saxlanılması barədə Ukraynanın Xarici İşlər Nazirliyi və Gürcüstan səfirliyi məlumatlandırılıb.

Gürcüstan vətəndaşlarının müvəqqəti yaşadığı yerə keçirilən baxış zamanı qumbaralar, tapançalar və avtomatlar müsadirə olunub. 

Son xəbərlər

Orphus sistemi