Ukraynada faşizm üzərində Qələbə Günü qeyd ediləcək

Ukraynada faşizm üzərində Qələbə Günü qeyd ediləcək Qələbə günü Ukraynada dövlət bayramı olaraq qeyd ediləcək.
Region
192
4 May , 2022 17:11
Ukraynada faşizm üzərində Qələbə Günü qeyd ediləcək

9 May - İkinci Dünya müharibəsində nasizm üzərinə Qələbə Günü Ukraynada dövlət bayramı kimi qeyd ediləcək.

“Report” “ukranews”a istinadən xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik birifinqdə bildirib.

“Şübhəsiz, bu, dövlət bayramıdır. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə Günü də dövlətimizdə qeyd ediləcək”, - o vurğulayıb.

A.Motuzyanikin sözlərinə görə, bayram Ukraynanın düşdüyü şəraitdə qeyd ediləcək: “Rusiyaya mayın 9-dək müəyyən nəticə əldə etmək lazımdır. Çünki bugünədək Rusiya strateji heç bir məqsədinə nail ola bilməyib”.

Məlumatda bildirilib ki, “Reytinq” sosioloji qrupun keçirdiyi sorğunun nəticəsinə əsasən, respondentlərin 36 faizi mayın 9-nu yaşanmış keçmiş sayırlar.

Bu il mayın 3-də Ukraynanın Ali Radası İkinci dünya müharibəsində əldə edilən qələbəni Rusiyanın inhisara almasına qarşı bəyanat qəbul edib.

Son xəbərlər

Orphus sistemi