Ukraynada dinc sakinlər atəşə tutulub, 8 nəfər ölüb, onlarla insan yaralanıb

Ukraynada dinc sakinlər atəşə tutulub, 8 nəfər ölüb, onlarla insan yaralanıb Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərində dinc sakinlərin Rusiya hərbçiləri tərəfindən atəşə tutması nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.
Region
28 İyun , 2022 06:38
Ukraynada dinc sakinlər atəşə tutulub, 8 nəfər ölüb, onlarla insan yaralanıb

Ukraynanın Luqansk vilayətinin Lisiçansk şəhərinin dinc sakinlərinin Rusiya hərbçiləri tərəfindən atəşə tutması nəticəsində 8 nəfər həlak olub, 20-dən çox insan yaralanıb.

“Report” xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday bildirib.

"Bu gün Lisiçanskda dinc əhali tankerdən su yığarkən Rusiya hərbçiləri izdihamı “Uraqan” reaktiv yaylım atəşi sistemləri ilə atəşə tutublar. Nəticədə 8 nəfər ölüb, 21 nəfər yaralanıb. Yaralılar xəstəxanaya aparılıb”, - o feysbukdakı hesabında yazıb.

Sergey Qayday qeyd edib ki, 16 yaralı başqa regionlardakı xəstəxanalara təxliyə olunub.

Son xəbərlər

Orphus sistemi