Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib

Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib Ukraynanın Sumı vilayətinin Trostyants şəhərində velosipedlə gedən silahsız qadını güllələyərək öldürən Rusiya hərbçisi Vadim Şişimarin təqsirini etiraf edib.
Region
18 May , 2022 17:06
Ukraynada dinc sakini qətlə yetirən Rusiya hərbçisi təqsirini etiraf edib

Ukraynanın Sumı vilayətinin Trostyants şəhərində velosipedlə gedən silahsız qadını güllələyərək öldürən Rusiya hərbçisi Vadim Şişimarin təqsirini etiraf edib.

“Report” xəbər verir ki, məlumatı BBC yayıb.

Şişimarin qanunları və müharibə qaydalarını pozmaq maddəsi üzrə ittiham olunub. Başqa sözlə, o, hərbi cinayətkar kimi məsuliyyətə cəlb edilib. Onu 10-15 il və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir. Vadim Şişimarin Ukrayna məhkəməsi qarşısında duran Rusiyanın ilk hərbçisidir.

Qeyd edək ki, Ukrayna prokurorluğunun versiyasına əsasən, o, fevralın 28-də Ukraynanın Sumı vilayətinin Çupaxovka şəhərtipli qəsəbəsində velosipedlə gedən silahsız kişini güllələyərək öldürüb.

Vadim Şişimarin Rusiyanın İrkutsk vilayətindəndir. O, Moskva vilayətində Kantemirovsk 4-cü diviziyasında komandir vəzifəsində xidmət edib.

Qeyd edək ki, o, Ukrayna məhkəməsinin mühakimə etdiyi Rusiyanın ilk hərbçisidir.

Son xəbərlər

Orphus sistemi