Ukraynada BVF ilə əməkdaşlığa qarşı etiraz aksiyası keçirilir

Ukraynada BVF ilə əməkdaşlığa qarşı etiraz aksiyası keçirilir Kiyevin mərkəzində, təxminən, 7-8 min nəfərin iştirakı ilə ölkənin Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığına son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir.
Region
28 dekabr 2021 14:48
Ukraynada BVF ilə əməkdaşlığa qarşı etiraz aksiyası keçirilir

Kiyevin mərkəzində, təxminən, 7-8 min nəfərin iştirakı ilə ölkənin Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığına son qoyulması tələbi ilə etiraz aksiyası keçirilir.

Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir.

Ölkədəki qiymət artımının fond ilə əlaqəli olduğunu iddia edən nümayiş iştirakçıları prezident ofisi binasına yaxınlaşmağa çalışıblar.

Etirazçılar Ukrayna hakimiyyətinin BVF-dən yeni kreditlər aldığını və bu vəsaiti ölkə əhalisinin ödəməli olacağını qınayan plakatlardan istifadə ediblər.

Xatırladaq ki, 2020-ci ilin iyun ayında Ukrayna ilə BVF arasında 5 milyard ABŞ dolları məbləğində kredit mexanizmi təsdiq edilib. Artıq bu mexanizm çərçivəsində Ukraynaya 2,8 milyard ABŞ dolları təqdim edilib. Vəsaitin qalan hissəsinin müəyyən tələblər icra edildikdən sonra təqdim edilməsi nəzərdə tutulub.

Son xəbərlər

Orphus sistemi