Ukraynada 4,3 bal gücündə zəlzələ olub

Ukraynada 4,3 bal gücündə zəlzələ olub Ukraynanın Ternopol vilayətində 4,3 bal gücündə zəlzələ olub.
Region
23 Sentyabr , 2021 14:28
Ukraynada 4,3 bal gücündə zəlzələ olub

Ukraynanın Ternopol vilayətində 4,3 bal gücündə zəlzələ olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Nəzarət Mərkəzi mətbuat xidməti bildirib.

Məlumata görə, zəlzələ vilayətin Çertkov şəhərində 6 km dərinlikdə baş verib. Bildirilib ki, sonuncu dəfə belə gücdə zəlzələ 2002-ci ildə qeydə alınıb.

Ukrayna Fövqəladə Hallar Nazirliyi yeraltı təkanlar nəticəsində itki, xəsarət alan və dağıntının olmadığını bildirib.

Son xəbərlər

Orphus sistemi