Ukraynada son sutkada koronavirusa 15 min nəfər yoluxub

Ukraynada son sutkada koronavirusa 15 min nəfər yoluxub Xəstələrdən 606-sı uşaq, 276-sı isə səhiyyə işçisidir
Region
17 Aprel , 2021 11:42
Ukraynada son sutkada koronavirusa 15 min nəfər yoluxub

Ukraynada sutka ərzində 14 984 nəfər koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Maksim Stepanov feysbuk səhifəsində yazıb.

O qeyd edib ki, xəstələrdən 606-sı uşaq, 276-sı isə səhiyyə işçisidir.

Səhiyyə Nazirliyinin məlumatına görə, pandemiya dövründə ölkədə ümumilikdə 1 936 228 nəfər koronavirusa yoluxub, onlardan 39 536-sı dünyasını dəyişib, 1 475 556 nəfər isə sağalıb.

Son xəbərlər

Orphus sistemi