Ukrayna XİN xaricdəki diplomatik nümayəndəliklərin mühafizəsinin gücləndirilməsi ilə bağlı təcili tapşırıq verib

Ukrayna XİN xaricdəki diplomatik nümayəndəliklərin mühafizəsinin gücləndirilməsi ilə bağlı təcili tapşırıq verib Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bütün ölkələrdəki səfirliklərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı təcili tapşırıq verib.
Region
30 Noyabr , 2022 17:56
Ukrayna XİN xaricdəki diplomatik nümayəndəliklərin mühafizəsinin gücləndirilməsi ilə bağlı təcili tapşırıq verib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba bu ölkənin xaricdəki diplomatik nümayəndəliklərinin mühafizəsinin gücləndirilməsi ilə bağlı təcili tapşırıq verib.

“Report” xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Oleq Nikolenko feysbukda yazıb.

O həmçinin qeyd edib ki, ölkənin xarici işlər naziri ispaniyalı həmkarından Ukraynanın diplomatik nümayəndəliyinə hücumun araşdırılması ilə bağlı təcili tədbirlər görülməsini istəyib.

Onun sözlərinə görə, D.Kuleba Ukraynanın Madriddəki səfirliyində baş verən partlayışın arxasında dayananların məqsədlərinə nail ola bilməyəcəyini vurğulayıb.

Xatırladaq ki, bu gün Ukraynanın Madriddəki səfirliyində partlayış baş verib və hadisə nəticəsində bir nəfər xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi