Ukraynanın xarici işlər naziri Dmitro Kuleba beynəlxalq ictimaiyyətə müraciət edib.
“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
“Ukraynanın silah təminatı hələ kifayət qədər deyil. Rusiyanın Donbasdakı hücumu amansız döyüşdür. Bu, İkinci Dünya müharibəsindən sonra Avropa torpaqlarında ən böyük döyüşdür. Mən tərəfdaşları silah və sursatların, xüsusən də MLRS, uzaq mənzilli artilleriya, BTR-lərin çatdırılmasını sürətləndirməyə çağırıram”, - nazir vurğulayıb.