Ukrayna XİN başçısı NATO Baş katibi ilə görüşüb: “Brüsselə silah üçün gəlmişəm”

Ukrayna XİN başçısı NATO Baş katibi ilə görüşüb: “Brüsselə silah üçün gəlmişəm” Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.
Region
7 aprel 2022 08:41
Ukrayna XİN başçısı NATO Baş katibi ilə görüşüb: “Brüsselə silah üçün gəlmişəm”

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba NATO Baş katibi Yens Stoltenberqlə görüşüb.

“Report” xəbər verir ki, bunu nazir tviter səhifəsində yazıb.

“NATO-nun Brüsseldəki mənzil qərargahında görüşdük. Mən bu gün bura üç vacib məsələ üçün gəlmişəm: silah, silah və yenə silah. Ukraynanın təcili ehtiyaclarının ödənməsi, bizim qalib gəlməyimiz üçün uzunmüddətli həll yolları lazımdır”, - nazir bildirib.

Son xəbərlər

Orphus sistemi