Ukrayna XİN başçısı həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Ukrayna XİN başçısı həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Donetsk vilayətinin Olenivka qəsəbəsində yerləşən həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.
Region
29 İyul , 2022 15:40
Ukrayna XİN başçısı həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Donetsk vilayətinin Olenivka qəsəbəsində yerləşən həbsxananın vurulması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində paylaşım edib.

“Rusiya işğal altındakı Olenivkada ukraynalı əsirlərin saxlandığı islah müəssisəsini atəşə tutmaqla daha bir dəhşətli müharibə cinayəti törədib. Mən bütün tərəfdaşları beynəlxalq humanitar hüququn növbəti dəfə vəhşicəsinə pozulmasını qətiyyətlə pisləməyə və Rusiyanı terrorçu dövlət kimi tanımağa çağırıram”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi