Ukrayna və Türkiyə "Bayraktar" xidmət mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb

Ukrayna və Türkiyə "Bayraktar" xidmət mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.
Region
29 Sentyabr , 2021 20:23
Ukrayna və Türkiyə Bayraktar xidmət mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb
0 : 00
0 : 00

Ukrayna Müdafiə Nazirliyi və Türkiyənin "Baykar Savunma" şirkəti Kiyevdə təlim və sınaq mərkəzinin inşası ilə bağlı memorandum imzalayıb.

"Report"un Ukrayna Prezidentinin saytına istinadən verdiyi məlumata görə, Vasilki yaxınlığında inşa ediləcək mərkəz Türkiyənin "Bayraktar" pilotsuz uçuş aparatlarına xidmət göstərməklə yanaşı, işçilərə təlim keçmək üçün nəzərdə tutulub.

Sənədi Ukrayna Prezidenti Vladimir Zelenskinin iştirakı ilə müdafiə naziri Andriy Taran, Türkiyə tərəfdən isə "Baykar Savunma"nın baş direktoru Haluk Bayraktar imzalayıb.

Son xəbərlər

Orphus sistemi