Ukrayna və Rusiya əsirləri dəyişiblər

Ukrayna və Rusiya əsirləri dəyişiblər Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə ilk tam hüquqlu hərbi əsir mübadiləsi baş tutub.
Region
541
24 Mart , 2022 20:12
Ukrayna və Rusiya əsirləri dəyişiblər

Bu gün Ukrayna Prezidenti Volodimir Zelenskinin göstərişi ilə ilk tam hüquqlu hərbi əsir mübadiləsi baş tutub.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşuk məlumat verib.

O, qeyd edib ki, Ukrayna Rusiyanın əsir götürdüyü 10 hərbçisini eyni sayda əsgərlə dəyişdirib.

Ukrayna hərbçiləri Rusiyanın Odessa yaxınlığında su basmış gəmidən xilas edikləri 11 mülki dənizçini də qarşı tərəfə təhvil veriblər.

Mübadilə nəticəsində həmçinin Ukraynanın 19 mülki dənizçisi xilasetmə gəmisindən evlərinə qayıdıb. Xilasedici gəminin özü Ukraynaya qaytarılacaq, bundan sonra o, Türkiyə limanına göndəriləcək.

Son xəbərlər

Orphus sistemi