Bakı. 26 fevral. REPORT.AZ/ Ukraynanın "Naftoqaz" şirkəti Brüsseldə keçiriləcək üçtərəfli danışıqlarda iştirak etməyə razılıq verib.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu haqda "Naftoqaz" bildirib.
Məlumata görə, Ukrayna-Rusiya-Avrokomissiya arasında üçtərəfli danışıqlar martın 2-də keçiriləcək.
Xatırladaq ki, bu gün Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Maroş Şevçoviç Rusiyanın energetika naziri Aleksandr Novak və onun ukraynalı həmkarı Vladimir Demçişini danışıqlar üçün Brüsselə dəvət etmişdi.
Rusiyanın "Qazprom" şirkəti isə iki ölkə arasındakı təbii qaz probleminə dair danışıqlar çərçivəsində Donbasa tədarük etdikləri "mavi yanacaq"la bağlı məsələni də müzakirəyə etməyə hazır olduğunu bildirib.