Ukrayna Silahlı Qüvvələri cənub cəbhəsində iki istiqamətdə uğur əldə edib.
“Report” xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Baş Qərargahın sözçüsü Andrey Kovalyov bildirib.
Onun sözlərinə görə, Novodanilovka-Robotino və Malaya Tokmaçka-Novofedorovka istiqamətində Ukrayna qoşunları qismən uğur əldə edədərək mövqelərini möhkəmləndiriblər.
Ukrayna müdafiə nazirinin müavini Anna Malyar isə bildirib ki, Kupyansk və Limansk istiqamətində Rusiya hərbçilərinin hücumunun qarşısı qətiyyətlə alınıb.
Məlumata görə, Luqansk vilayətinin Beloqorovka, Donetsk vilayətinin Severnoye və Avdeyevka, Arinka və Pobeda yaşayış məntəqələri istiqamətində ağır döyüşlər gedir.