Ukrayna Rusiyaya etirazını bildirib

Ukrayna Rusiyaya etirazını bildirib Ukrayna Rusiya tərəfindən hərbi təlimlərin keçirilməsi adı ilə Qara və Azov dənizlərin bir hissəsini mülki gəmilər üçün bağlamasına qarşı qəti etirazını bildirib.
Region
10 Fevral , 2022 16:00
Ukrayna Rusiyaya etirazını bildirib

Ukrayna Rusiyanın hərbi təlimlərin keçirilməsi adı ilə Qara və Azov dənizlərinin bir hissəsini mülki gəmilər üçün bağlamasına qarşı etirazını bildirib.

“Report” UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

“Bu təlimlərin əvvəllər görünməmiş ərazini əhatə etməsi hər iki dənizdə gəmilərin gediş-gəlişini mümkünsüz edir. Burada beynəlxalq, əsasən də ticarət gəmiçiliyi üçün əhəmiyyətli və əsassız əngəllər yaradılmasından söhbət gedir ki, nəticədə ən çox Ukrayna limanları üçün böyük iqtisadi və sosial fəsadlar ortaya çıxa bilər” – deyə nazirliyin bəyanatında qeyd olunur.

Həmçinin Rusiyanın Ukraynaya qarşı hibrid müharibəsinin bir hissəsi olan bu cür aqressiv addımların yolverilməz olduğu da diqqətə çatdırılır: “Bu addımlar beynəlxalq hüquq normaları və prinsiplərinə, o cümlədən BMT Nizamnaməsi, BMT Baş Asambleyasının qətnamələri, BMT Dəniz Hüququ Konvensiyası kimi sənədlərə açıq-aşkar hörmətsizlikdir. Rusiya tərəfinin bu cür addımlarının müvafiq qiymətləndirilməsi və cavabını alması üçün Ukrayna tərəfdaşları, Qara dəniz regionu ölkələrilə çalışmalar yürüdəcək” – deyə açıqlamada vurğulanır.

Bundan əvvəl Rusiyanın Şimal və Baltik dənizlərindəki donanmalarından 6 desant gəmisini Qara dənizə göndərdiyi bildirilmişdi.

Son xəbərlər

Orphus sistemi