“Biz bütün ukraynalı əsirləri dəyişmək üçün əlimizdən gələni edirik”.
“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç deyib.
“Ordumuz bir çox “maraqlı obrazları” ələ keçirib. Onlar çox qiymətlidir. Rusiyalı əsirlər arasında elə şəxslər var ki, onlarla 50-80 nəfəri dəyişmək olar”, - o bildirib.
O.Arestoviç konkret ad çəkməyib, lakin rusiyalı məhbuslar arasında yüksəkrütbəli zabitlərin və siyasətçilərin qohumlarının olduğunu bildirib. O söyləyib ki, Ukrayna qoşunları Rusiyanın vilayət qubernatorlarından birinin əmisi oğlunu əsir götürüb.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında beşinci dəfə əsir mübadiləsi olmuşdu.