Ukrayna-Rusiya müharibəsinin 50 günü 50 şəkildə - FOTOREPORTAJ

Ukrayna-Rusiya müharibəsinin 50 günü 50 şəkildə - FOTOREPORTAJ Bu gün Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün 50-ci günüdür. Fevralın 24-də Rusiya Silahlı Qüvvələri Ukraynaya həm şimaldan, həm cənubdan, həm də şərqdən hücum etməyə başlayıb. Müharibənin başlanğıcında rəsmi Moskva yenicə tanıdığı Luqansk və Donetsk
Region
14 Aprel , 2022 18:00
Ukrayna-Rusiya müharibəsinin 50 günü 50 şəkildə - FOTOREPORTAJ

Bu gün Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün 50-ci günüdür. Rusiya Silahlı Qüvvələri fevralın 24-də Ukraynaya həm şimaldan, həm cənubdan, həm də şərqdən hücum etməyə başlayıb. Müharibənin başlanğıcında rəsmi Moskva yenicə tanıdığı Luqansk və Donetsk “respublikaları”nın ərazi bütövlüyünü təmin etmək, habelə Ukraynanın denasifikasiya (nasizm ünsürlərindən arındırma) və demilitarizasiyası (silahsızlaşdırma) hədəflərini qoysa da, rəsmi Kiyevin güclü müqaviməti Rusiyanın bu planları həyata keçirməsini mümkünsüz edib.

Beləliklə, mart ayının sonunda Rusiya Kiyev ətrafı, həmçinin Ukraynanın şimalından geri çəkilmək qərarı verərək əsas qüvvələri Donbas istiqamətində cəmləməyə başlayıb. Yaxın günlərdə şərq istiqamətində şiddətli döyüşlərin alovlanacağı gözlənilir.

Ötən 50 gün ərzində Ukraynada minlərlə dinc sakin həlak olub, milyonlarla vətəndaş yurdlarından didərgin salınıb. Rusiya beynəlxalq aləmdə - xüsusilə Qərbdə hərbi cinayətkar damğasını alıb.

“Report” müasir tarixin gedişatını dəyişə biləcək müharibənin 50-ci günündə ən yaddaqalan məqamlarla bağlı 50 fotonu təqdim edir:

Son xəbərlər

Orphus sistemi