Ukrayna Rusiya ilə hərbi sahədə imzaladığı daha bir müqaviləni ləğv edib

Ukrayna Rusiya ilə hərbi sahədə imzaladığı daha bir müqaviləni ləğv edib Sənəd 2000-ci il dekabrın 21-də Moskvada imzalanıb və 2005-ci il martın 4-də qüvvəyə minib
Region
1709
18 Oktyabr , 2017 14:21
Ukrayna Rusiya ilə hərbi sahədə imzaladığı daha bir müqaviləni ləğv edib

Bakı. 18 oktyabr. REPORT.AZ/ Ukrayna Nazirlər Kabineti Rusiya hökuməti ilə imzalanmış hərbi təyinatlı məhsulların istehsalında iştirak edən təşkilat və xüsusi müəssisələrin mühafizəsi haqqında müqavilənin fəaliyyətini dayandırıb.

“Report” Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu qərar Ukrayna hökumətinin oktyabrın 18-də keçirilən iclasında qəbul olunub.

Sənəd 2000-ci il dekabrın 21-də Moskvada imzalanıb və 2005-ci il martın 4-də qüvvəyə minib.

Qeyd edək ki, bu ilin avqustunda Ukrayna Nazirlər Kabineti Rusiya ilə hərbi təyinatlı məhsulların üçüncü dövlətə ixracı haqqında hökumətlərarası razılaşmanın da fəaliyyətini dayandırmışdı. 

Son xəbərlər

Orphus sistemi