Ukrayna rəsmisindən Qərbə çağırış: "Buçada baş verənlər hələ başlanğıcdır"

Ukrayna rəsmisindən Qərbə çağırış: "Buçada baş verənlər hələ başlanğıcdır" Ukrayna Prezidenti Ofisinin rəhbəri Mixaylo Podolyak Qərb dövlətlərinə müraciət edib.
Region
5 aprel 2022 11:46
Ukrayna rəsmisindən Qərbə çağırış: Buçada baş verənlər hələ başlanğıcdır
Mixaylo Podolyak

Ukrayna Prezidenti Ofisinin rəhbəri Mixaylo Podolyak Qərb dövlətlərinə müraciət edib.

“Report” xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.

“Qaz, neft itirməkdən qorxan Avropa bilməlidir ki, Buçada baş verənlər hələ başlanğıcdır. Bu hərəkətlər Ukraynanın başqa şəhərlərində də olacaq. Əgər sabah “Buça sindromu”ndan əziyyət çəkmək istəmirsinizsə, indi bizə ağır silahlar verin”, - M.Podolyak qeyd edib.

Ukrayna xarici işlər naziri Dmitro Kuleba da Qərb ölkələrini Kremlə sanksiya tətbiq etməyə çağırıb: “Rusiyadan neft, qaz, kömür almağı dayandırın. Putinin “döyüş maşını"nı maliyyələşdirməyi dayandırın. Müharibə bir neçə aya bitəcək, Rusiyanın iqtisadiyyatı zəifləyəcək. Bir neçə ay səbr etməklə minlərlə insanın həyatını xilas edə bilərsiniz”.

Son xəbərlər

Orphus sistemi