Ukrayna prezidentinin Türkiyəyə səfərinin tarixi açıqlanıb

Ukrayna prezidentinin Türkiyəyə səfərinin tarixi açıqlanıb Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb
Region
9 Aprel , 2021 16:29
Ukrayna prezidentinin Türkiyəyə səfərinin tarixi açıqlanıb
Volodimir Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski aprelin 10-da Türkiyəyə işgüzar səfər edəcək.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ukrayna lideri 9-cu Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı çərçivəsində müdafiə sektoru, sərbəst ticarət müqaviləsi və turizm məsələlərini müzakirə edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna prezidenti Vladimir Zelenskini qəbul edəcək.

Qeyd edək ki, Türkiyənin dövlət başçısı 2020-ci ilin fevralında 8-ci Ukrayna-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısında iştirak etmək üçün Kiyevə səfər etmişdi.

Son xəbərlər

Orphus sistemi