Ukrayna prezidenti Yeqor Qaydarın qızını özünə müşavir təyin edib

Ukrayna prezidenti Yeqor Qaydarın qızını özünə müşavir təyin edib O, 2015-ci ildə Ukraynanın Odessa şəhərindən “Pyotr Poroşenko Bloku”ndan deputat seçilib.
Region
5 Aprel , 2017 11:48
Ukrayna prezidenti Yeqor Qaydarın qızını özünə müşavir təyin edib

Bakı. 5 aprel. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko 34 yaşlı Mariya Qaydarı özünə müşavir təyin edib.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.

İnformasiyaya əsasən, P.Porşenko 2015-ci il avqustun 4-də Mariya Qaydara Ukrayna vətəndaşlığı verib. Həmin vaxtadək o, Rusiya vətəndaşı olub və 2009-2011-ci illərdə Kirov vilayəti hökuməti adminstrasiyası rəhbərinin müavini işləyib. 2015-ci ildə M.Qaydar Rusiyada yaşamaq və işlmək istəmədiyini bildirərək, bu ölkənin vətəndaşlığından çıxıb, Ukrayna vətəndaşlığını qəbul etmək istədiyini bəyan etmişdi.

O, 2015-ci ildə Ukraynanın Odessa şəhərindən “Pyotr Poroşenko Bloku”ndan deputat seçilib. 

Qeyd edək ki, M.Qaydar Rusiyanın tanınmış dövlət xadimi Yeqor Qaydarın birinci evlilikdən olan qızıdır. Y.Qaydar 1991-1994-cü illərdə Rusiya hökumətində yüksək vəzifə tutub. Boris Yeltsinin prezidentliyi dövründə, 1992-ci ilin iyun-dekabr aylarında Rusiya baş nazirinin səlahiyyətlərini icra edib.

Son xəbərlər

Orphus sistemi