Kreml Ukrayna Prezidentinin müharibə ilə bağlı fikirlərinə münasibət bildirib

Kreml Ukrayna Prezidentinin müharibə ilə bağlı fikirlərinə münasibət bildirib Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin baş verəcəyi ehtimalını irəli sürüb.
Region
287
10 Sentyabr , 2021 14:00
Kreml Ukrayna Prezidentinin müharibə ilə bağlı fikirlərinə münasibət bildirib
Volodimir Zelenski

“Biz hər hansı bir apokaliptik (bədbin) gözləntilərə qapılmaq istəməzdik”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Prezdentinin mətbuat katibi Dmtri Peskov Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə mümkün müharibə ehtimalını şərh edərkən bildirib.

O deyib ki, Kreml Ukrayna Prezidentinin müharibənin başlayacağı haqqında ehtimalını təəssüf hissi ilə qarşılayıb: “Təəssüf edirik”.

13:26

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə müharibənin baş verəcəyi ehtimalını irəli sürüb.

“Report” TAAS-a istinadən xəbər verir ki, o, “YES Brainstorming” forumunda aparıcının Rusiya ilə Ukrayna arasında müharibənin mümkünlüyünə dair sualını cavablandırarkən deyib.

“Hesab edirəm ki, müharibə ola bilər”, - Ukrayna Prezidenti bildirib.

V.Zelenski əmindir ki, hadisələrin belə inkişafı yanlış variant olardı: “Çünki bu baş verərsə, Rusiya, Ukrayna və Belarusun qonşuluğu heç vaxt olmayacaq”.

Son xəbərlər

Orphus sistemi