​Ukrayna prezidenti qələbənin 70 illiyini Polşada qeyd edəcək

​Ukrayna prezidenti qələbənin 70 illiyini Polşada qeyd edəcək Tədbirdə BMT baş katibi Pan Gi Munun da iştirakı gözlənilir
Region
5 May , 2015 15:06
​Ukrayna prezidenti qələbənin 70 illiyini Polşada qeyd edəcək

Bakı. 5 may. REPORT.AZ/ Ukrayna prezidenti Pyotr Poroşenko qələbənin 70 illiyi ilə bağlı mayın 7-8-də Polşada keçiriləcək tədbirlərdə iştirak edəcək.

"Report" xəbər verir ki, bu haqda UNN məlumat yayıb.

Polşanın Qdansk şəhərində keçiriləcək bayram tədbirinə Ukrayna lideri ilə yanaşı, Bolqarıstan, Xorvatiya, Çexiya, Estoniya, Litva, Rumıniya və Kiprin yunan hissəsinin prezidentləri, eləcə də İspaniya və Latviya parlamentlərinin sədrləri, Slovakiyanın baş naziri, Almaniyanın keçmiş prezidenti Horst Keler, Macarıstan parlamentinin sədr müavini, Fransanın müadifə naziri də qatılacaq.

BMT baş katibi Pan Gi Mun və Avropa Şurası Nazirlər Komitəsinin sədrinin də tədbirdə iştirakı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi