Ukrayna Prezidenti milli geyimdə xalqını Naxış Günü münasibətilə təbrik edib

Ukrayna Prezidenti milli geyimdə xalqını Naxış Günü münasibətilə təbrik edib Ukrayna Prezidenti Volodimir Zelenski milli geyimdə yayıma çıxaraq xalqını Naxış Günü münasibətilə təbrik edib
Region
19 May , 2022 12:35
Ukrayna Prezidenti milli geyimdə xalqını Naxış Günü münasibətilə təbrik edib
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski milli geyimdə yayıma çıxaraq xalqını Naxış Günü münasibətilə təbrik edib.

“Report” xəbər verir ki, bu barədə dövlət başçısı tviterdə paylaşım edib.

“Sağlamlıq diləyirəm! Güclü, sarsılmaz, cəsarətli və azad Ukrayna, Naxış Günün mübarək!”, - ölkə lideri videomüraciətində bildirib.

Qeyd edək ki, Ümumdünya Naxış Günü milli naxışlarla bəzədilmiş Ukrayna paltarlarının yaradılması və geyinilməsi, həmçinin orijinal xalq ənənələrini qorumaq üçün nəzərdə tutulmuş beynəlxalq bayramdır. Tədbirin tarixi hər il mayın üçüncü cümə axşamıdır. Bayram heç bir dövlət və ya dini bayramla bağlı deyil. Hər kəs naxışlı köynək geyinərək bayrama qoşula bilər.

Son xəbərlər

Orphus sistemi