Ukrayna Prezidenti Gürcüstanın Baş nazirindən Saakaşvili ilə bağlı xahiş edib

Ukrayna Prezidenti Gürcüstanın Baş nazirindən Saakaşvili ilə bağlı xahiş edib Ukrayna Prezidenti Volodimir Zelenski və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.
Region
137
12 Noyabr , 2021 11:32
Ukrayna Prezidenti Gürcüstanın Baş nazirindən Saakaşvili ilə bağlı xahiş edib
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili arasında telefon danışığı olub.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Ukrayna lideri tviter səhifəsində yazıb.

“Qaribaşvili ilə telefon söhbətində qeyd etdim ki, Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin hüquqları beynəlxalq normalara uyğun olaraq tam təmin edilməlidir”, - V.Zelenski yazıb.

O vurğulayıb ki, İ.Qaribaşvilidən Mixeil Saakaşvilinin anası, qohumları və ukraynalı həkimlərin onu ziyarət eməsinə şərait yaratmağı xahiş edib.

Son xəbərlər

Orphus sistemi