Ukrayna Prezident Ofisinin müşaviri prezidentlərin ehtimal olunan görüşündən danışıb

Ukrayna Prezident Ofisinin müşaviri prezidentlərin ehtimal olunan görüşündən danışıb Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya və Ukrayna liderlərinin ehtimal olunan görüşünü şərh edib.
Region
29 Aprel , 2022 15:36
Ukrayna Prezident Ofisinin müşaviri prezidentlərin ehtimal olunan görüşündən danışıb
Mixail Podolyak

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya və Ukrayna liderlərinin ehtimal olunan görüşünü şərh edib.

“Report” UNIAN-a istinadən xəbər verir ki, o, bu barədə “Azadlıq” radiosuna müsahibəsində danışıb.

“Bunun bu gün, sabah və ya o biri gün ola biləcəyini düşünmürəm. Təəssüf ki, bir az gözləmək lazımdır. Onlar görüşəcəklər. Amma, yəqin ki, bu, bir az gec olacaq”, - o bildirib.

Podolyak söyləyib ki, onlar görüşədək Ukraynanın mövqeyinin daha güclü olmasını istəyirlər:

“Müqavilə sənədində bütün məqamlar, o cümlədən atəşkəs, rus qoşunlarının Ukrayna ərazisinən çıxması, əsirlərin dəyişdirilməsi kimi məsələlər ehtiva olunmalıdır. Elə “qırmızı xətlər” olmalıdır ki, Rusiya bir daha Ukrayna ərazisinə daxil ola bilməsin”.

Xatırladaq ki, Ukrayna dölət başçısı Volodimir Zelenski daha əvvəl rusiyalı həmkarı ilə müzakirələrə hazır olduğun, lakin görüşün baş tutmayacağını istisna etmədiyini söyləmişdi.

Son xəbərlər

Orphus sistemi