Ukrayna Prezident Ofisi: "Taxıl sazişi"nin vaxtının uzadılmasına çalışacağıq”

Ukrayna Prezident Ofisi: "Taxıl sazişi"nin vaxtının uzadılmasına çalışacağıq” “Taxıl sazişi"nin vaxtının uzadılmasına çalışacağıq”.
Region
5 Oktyabr , 2022 11:39
Ukrayna Prezident Ofisi: Taxıl sazişinin vaxtının uzadılmasına çalışacağıq”
Mixaylo Podolyak

“Taxıl sazişi"nin vaxtının uzadılmasına çalışacağıq”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak “Bloomberg”a müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda bununla bağlı danışıqlar aparılır: “Biz Ukrayna limanlarından taxıl ixracı üçün mandatın uzadılmasına ümid edirik”.

M.Podolyak müzakirələrin çətinliklə davam etdiyini söyləyib və nəticənin nə vaxt əldə olunacağı ilə bağlı suala konkret cavab vermək istəməyib: “Biz Rusiya ilə birbaşa danışıqlar aparmırıq”.

Qeyd edək ki, “Taxıl sazişi”nin vaxtı gələn ay, noyabrda başa çatacaq.

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi bu il fevralın 24-dən başlayıb. Nəticədə Ukrayna taxılının dünya bazarına çıxarılması mümkünsüz olub. İyul ayında isə İstanbulda Türkiyə, Rusiya, Ukrayna və BMT arasında baş tutan danışıqlar zamanı dünya ölkələrinə taxıl daşınmasına dair razılıq əldə olunub

Son xəbərlər

Orphus sistemi