Ukrayna Prezident Ofisi Mariupol müdafiəçilərini "300 spartalı" ilə müqayisə edib

Ukrayna Prezident Ofisi Mariupol müdafiəçilərini "300 spartalı" ilə müqayisə edib “Mariupolun müdafiəsinin 83 günü tarixə XXI əsrin Fermopili kimi düşəcək”.
Region
17 May , 2022 14:19
Ukrayna Prezident Ofisi Mariupol müdafiəçilərini 300 spartalı ilə müqayisə edib

“Mariupolun müdafiəsinin 83 günü tarixə XXI əsrin Fermopili kimi düşəcək”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Azovstal”ın müdafiəçiləri düşmənin Ukraynanın şərqini ələ keçirmək üzrə əməliyyat planlarını pozdular, düşmənin nəhəng qüvvələrini sürüklədilər və rusiyalıların əsl “döyüş qabiliyyəti"ni bütün dünyaya sübut etdilər. Bu, müharibənin gedişatını tamamilə dəyişdi”, - Prezident Ofisinin rəsmisi bildirib.

Qeyd edək ki, Fermopil vuruşması (e.ə. 480-ci il) Yunanıstan-İran müharibələri (e.ə. 480-479-cu illər) zamanı Fessaliyanı Orta Yunanıstanla birləşdirən dağ keçidində yunanlarla iranlılar arasında olub. Müasir tarixçilər tərəfindən gücü 200-250 min nəfər olaraq qiymətləndirilən İran ordusu, müxtəlif mənbələrə görə, 5 200-dən 7700-ə qədər yunanlara qarşı vuruşub. Döyüşün ilk iki günündə yunanlar dar dərədə iranlıların hücumlarını uğurla dəf ediblər, lakin döyüşün sonuncu - üçüncü günündə müdafiəçilərin çoxu mühasirədən qorxaraq oranı tərk ediblər. Beləliklə, sərkərdə Leonidin başçılığı altında ümumi sayı 500-ə yaxın olan spartalıların dəstəsi yalnız qalıb. Yerli sakinin xəyanəti üzündən İran qoşunları yunanların arxasına keçərək onlara qalib gəliblər. Vuruşma Hollivudun “300 spartalı” filmindən sonra daha da populyarlaşıb.

Son xəbərlər

Orphus sistemi