Ukrayna polisinin 5 ildir axtardığı cinayətkar Ermənistanda tapılıb

Ukrayna polisinin 5 ildir axtardığı cinayətkar Ermənistanda tapılıb Ermənistanın Baqramyan rayon Polis İdarəsinin Cinayət axtarışı və pasport xidməti şöbələrinin Baqramyan kəndində keçirdiyi əməliyyat zamanı 32 yaşlı M.Qaregin saxlanılıb.
Region
7 Noyabr , 2021 07:16
Ukrayna polisinin 5 ildir axtardığı cinayətkar Ermənistanda tapılıb

Ermənistanın Baqramyan rayon Polis İdarəsinin Cinayət axtarışı və pasport xidməti şöbələrinin Baqramyan kəndində keçirdiyi əməliyyat zamanı 32 yaşlı M.Qaregin saxlanılıb.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir. Qeyd edilir ki, o, 2016-cı ildən Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı axtarışda olub.

Ermənistan Polisinin mətbuat xidməti faktı təsdiqləyib. Məlumata görə, onun axtarışı təşəbbüsü ilə Ukrayna tərəfi çıxış edib. Ermənistan Polisi Ukraynanı M.Qareginin saxlanılması barədə məlumatlandırıb.

Son xəbərlər

Orphus sistemi