Ukrayna parlamenti buraxılıb

Ukrayna parlamenti buraxılıb Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq barədə fərman imzalayıb.
Region
124
21 May , 2019 19:30
Ukrayna parlamenti buraxılıb

Ukrayna prezidenti Vladimir Zelenski Ali Radanı buraxmaq barədə fərman imzalayıb.

“Report” Ukrayna prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, müvafiq fərman imzalandığı gündən qüvvəyə minir.

Ali Radaya növbədənkənar seçkilər iyulun 21-nə təyin edilib.

Bununla yanaşı, dövlət başçısı Ali Radanın sədri Andrey Parubiyə mayın 22-də növbədənkənar iclas keçimək barədə tələbnamə göndərib. Həmin iclasda deputat seçkiləri barədə qanuna dəyişikliklər müzakirə olunacaq.

Bundan əvvəl ölkə prezidenti parlamenti erkən buraxacağını açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi